Bu gün:

İsrail Qəzzanın Misir ilə olan əsas Rəfah sərhəd keçid məntəqəsini yenidən açır


Fələstinlilər insanların hərəkəti üçün yenidən açılan Qəzza zolağı və Misir arasındakı Rəfah sərhəd keçid məntəqəsinə daxil olmağa başlayıblar.Bu keçid 2024-cü ilin may ayında Qəzza tərəfi İsrail qüvvələri tərəfindən ələ keçirildikdən bəri böyük ölçüdə bağlı qalıb.

Sərhədin açılması əslində ABŞ Prezidenti Donald Trampın oktyabr ayında başlayan İsrail-Həmas atəşkəs planının ilk mərhələsində nəzərdə tutulub.

Lakin İsrail Qəzzadakı sonuncu israilli girovun cəsədi ötən həftə geri qaytarılana qədər bu açılışı əngəlləyib.

Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et