Bu gün:

Mütəxəssisdən saxta günəş eynəyi xəbərdarlığı


Mardində optika işləyən Fırat Yavuz yazın gəlişi ilə gün eynəyinin artan populyarlığı ilə bağlı xəbərdarlıq edərək, saxta gün eynəklərinin qalıcı narahatlıq yarada biləcəyini bildirib.

Mərkəz Artuklu rayonunda optik həkim işləyən Yavuz günəş şüalarının zərərli təsirlərindən qorunmağın yollarını açıqlayıb, vətəndaşları saxta və çox ucuz satılan eynəklərə qarşı diqqətli olmağa çağırıb.

Düzgün günəş eynəyi ilə saxta eynək arasındakı fərqləri açıqlayan Yavuz yanlış seçilmiş günəş eynəyinin göz sağlamlığına ciddi təsir etdiyini söyləyib: "Ekoloji tarazlığın pozulması ilə günəş şüalarından gələn ultrabənövşəyi şüalar zərərli hala gəldi. Bizim bir şüşə növü var. Birincisi qütbləşmiş şüşə, ikincisi isə UV400 şüşəsidir. Günəşdən nə dərəcədə əhatə olunduğumuza görə şüşə seçməliyik”.

Günəş eynəyində üstünlük verilən şüşə növü və şüşə rənginə diqqət yetirilməsinin zəruri olduğunu dilə gətirən Yavuz: "Günəş eynəklərindən istifadə edərkən qütbləşmiş şüşə dediyimiz eynəklərə və UV400 şüşələrinə diqqət yetirməliyik. Mavi şüşə, qara şüşə, eynəklərində boz şüşə və bir çox başqa rəngli eynəklərdən istifadə etmək olar. Günəşin bizə nə qədər təsir etdiyinə əsasən, eynək seçməliyik", - deyə vurğulayıb.

Mənbə : CNNtürk

Tərcümə etdi: Xədicə Cabbarlı


Paylaş
Şərh əlavə et