Bu gün:

Fələstinlilər üçün "can xətti"


Qəzza zolağı ilə Misir arasındakı əsas sərhəd keçidi olan Rafah uzun müddət bağlı qaldıqdan sonra yenidən fəaliyyətə başlayıb. Sərhəd keçidi 2024-cü ilin may ayında, Qəzzanın İsrail qüvvələri tərəfindən nəzarətə götürülməsindən bəri əsasən bağlı idi.

Açılış ABŞ Prezidenti Donald Trampın İsrail və Həmas arasında oktyabrda başlayan atəşkəs planının ilk mərhələsi çərçivəsində həyata keçirilməli idi. Lakin İsrail keçən həftə baş verən Qəzzadakı son İsrail girovunun cəsədinin qaytarılmasına qədər açılışı bloklayıb.

Bu, dünyaya çıxış üçün "can xətti" hesab edən bir çox fələstinlilər üçün rahatlıq olsa da, yalnız məhdud sayda insanın keçməsinə icazə veriləcəyi və heç bir malın buradan keçirilməyəcəyi qərarı narazılıqla qarşılanır.

Sərhədin açılması, humanitar vəziyyətin yaxşılaşdırılması ümidlərini artırsa da, tam açıq olmaması bəzi mənfi reaksiyalara səbəb olur.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et