Epstein qurbanlarından biri daha, Ceffri Epstein tərəfindən şahzadə Endryu (Endryu Mauntbetten-Vindzor) ilə cinsi əlaqə üçün Britaniyaya göndərildiyini iddia edir.

BBC-yə məlumat verən qadının vəkili, hadisənin 2010-cu ildə şahzadənin iqamətgahı olan Royal Lodgeda baş verdiyini bildirib. Hadisə zamanı britaniyalı olmayan qadın 20 yaşlarında olub.
ABŞ-nin Edwards Henderson firmasından vəkil Bred Edvardsın sözlərinə görə, şahzadə Endryu ilə bir gecə keçirdikdən sonra qadına Bukingem sarayında ekskursiya və çay içmək təklif edilib.
Vəkil deyib: "Biz ən azı bir qadın haqqında danışırıq ki, Ceffri Epstein onu şahzadə Endryunun yanına göndərib. Hətta o, şahzadə Endryu ilə bir gecədən sonra Bukingem sarayında ekskursiya edib."
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
