Dünyaca məşhur YouTube ulduzu MrBeast Qətərdə keçirilən “Match for Hope 2026” xeyriyyə futbol oyunu zamanı etdiyi qeyri-adi hərəkətlə gündəmə gəlib.
Oyun zamanı penalti zərbəsi yerinə yetirməyə hazırlaşan MrBeast əyləncəli bir şou nümayiş etdirib. O, içində pul olan çantanı qapıçıya uzadaraq, sanki zarafatla rüşvət təklif edirmiş kimi davranıb. Bu gözlənilməz addım stadionda olan tamaşaçıların gülüşünə səbəb olub və oyuna rəng qatıb.
Qapıçı təklifi qəbul etməyib və penalti epizodu adi qaydada davam edib. Hadisə qısa müddətdə sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub. İzləyicilər MrBeast-in bu addımını onun xeyriyyə tədbirlərinə xas olan yumor və diqqətçəkən üslubun bir nümunəsi kimi dəyərləndiriblər.
Qeyd edək ki, “Match for Hope” oyunu xeyriyyə məqsədi daşıyır və tədbirdən əldə olunan vəsait ehtiyacı olan insanlara dəstək üçün yönəldilir. MrBeast-in bu addımı isə həm xeyriyyə tədbirinə marağı artırıb, həm də tamaşaçılara yaddaqalan anlar yaşadıb.
Mənbə: Timesofindia.indiatimes.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
