Bu gün:

Azərbaycanda istehlakçılara ödənilən məbləğlərin geri qaytarılması davam edir


Azərbaycanda ötən il istehlakçıların müraciətləri əsasında onlara ümumilikdə 382 min 915 manat vəsait geri ödənilib. Bu məbləğ 2 588 müraciətin təmin edilməsi nəticəsində sahibkarlıq subyektləri tərəfindən kompensasiya olunub.

24media.az bildirir ki, məlumat Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən əldə edilib.

Qeyd edək ki, qurumdan bildirilən məlumata görə, istehlakçı hüquqlarının qorunması istiqamətində aparılan intensiv nəzarət və maarifləndirmə tədbirləri bazar iştirakçıları arasında hüquqi məsuliyyətin artmasına səbəb olur. Bunun nəticəsi olaraq, istehlakçıların pozulmuş hüquqlarının bərpası sahəsində nəzərəçarpan irəliləyiş əldə edilib.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et