Bu gün:

Minneapolisdə 1,500 ABŞ əsgəri ehtiyatda saxlanılıb


ABŞ-nin Alyaska ştatında yerləşən 1 500 hərbçi Minneapolisdə anti-Ays (ICE) etirazlarına cavab olaraq ehtiyatda saxlanılır. Hərbçilər Fort Veynrayt (Fort Wainwright) bazasında yerləşən 11-ci Hava-desant Diviziyasının tərkibinə daxildir. 

Minnesota rəsmiləri etirazçılara müraciət edərək sakit və dinc davranmağa çağırıblar. Aksiyalar, Ays (ICE) agentinin amerikalı vətəndaş Reni Gudu (Renee Good) öldürməsindən sonra başlayıb. Gud şəhərdə Ays əməliyyatlarını müşahidə edən hüquqi nəzarətçi kimi fəaliyyət göstərib. Onun ölümü ölkə üzrə geniş etirazlara səbəb olub və minlərlə insan “Ədalət Reni üçün” şüarı ilə çıxış edib. 


Federal hakim Ketrin Menendez (Katherine Menendez) dinc nümayişçilərə qarşı həbs və bibər spreyinin istifadəsini məhdudlaşdıran qərar çıxarıb. Dövlət Milli Qvardiyası və digər hüquq-mühafizə orqanları şəhərdə hərəkətə keçirilib.


Tramp administrasiyası isə Reni Gudu “daxili terrorçu” adlandıraraq Ays agentini müdafiə edib.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva


Paylaş
Şərh əlavə et