
1. Zəif tərəflərinizi qəbul edərək dəyişiklik üçün özünüzə şərait yaradın
Bəzən həyatımızda ilişib qaldığımızı düşünürük. Sağlam bir pəhriz, davamlı məşq və ya terapiya kimi şeylər dəyişimin başlanğıcıdır. Hamımızın qüsuru vardır. Vacib olan displinli və qərarlı olmaqdır.
2. Başqalarına diqqət yetirmək əvəzinə özünüzlə üzləşin
Son vaxtlar özünüz və həyatınız haqqında sevmədiyiniz şeylərə diqqət yetirdiyiniz üçün yataqdan qalxa bilmirsinizsə, yerinizdən qalxın və güzgü ilə danışın. Güzgüdə çoxumuz öz gözlərimizə baxmaqda çətinlik çəkirik. Əslində, digər insanlara diqqət yetirmək əvəzinə, özümüzlə üzləşməliyik. Bəzən fərqinə varmadan özümüzü çox mühakimə edirik. Ancaq zaman keçdikcə özümüzə sevgi dolu yanaşsaq, mühakimələrə qarşı gəlmək daha asan olacaq. Güzgünün qarşına keçin, əlinizi ürəyinizə qoyaraq özünüzə "səni sevməyə çalışıram", "səni sevməyi öyrənmək istəyirəm","səni sevirəm" kimi cümlələri təkrar edin.
Mübarizə aparan tək siz olduğunuzu hiss edə bilərsiniz və kömək istəməyin zəiflik demək olduğunu, başqalarına yük olacağınızı düşünə bilərsiniz, amma bəzən kömək istəmək acizlik deyildir.
3. Kiçik addımlarla irəliləyin
Özünüzə daha yaxşı bir həyat yaratmaq üçün bir anda böyük dəyişikliklər etmək lazım deyil. Əksinə, sizi irəliyə aparan şey kiçik addımlar atmaqdır.
Mənbə:uplifers
Tərcümə etdi:Tərlanə Abdullayeva
