Bu gün:

Banan qabığını atmayın


Ən məşhur meyvələr arasında yer alan bananın bütün fəsillərdə istifadə olunduğu  bilinir. Sağlamlığa müxtəlif faydaları olan bananın qabığı da üzə möcüzəvi təsir göstərir. Xüsusilə, dəriyə qulluq üçün istifadə edilən banan qabığının faydaları saymaqla bitmir.Bəs banan qabığı üz dərisinə necə təsir göstərir?


-Daimi istifadəsi ilə sizə parlaq bir dəri verir.


-Qırışlara qarşı cavanlaşdırıcı təsirə malikdir.


-Təxminən 2 həftə boyunca müntəzəm olaraq banan qabığı ilə dərinizi masaj edərək sızanaq problemlərinin yox olmasını təmin edə bilərsiniz.


-Dərini təmizləyir və təravətləndirir.


-Dəridə kir və sebum yığılmasının qarşısını alaraq qara nöqtələrin yaranmasına imkan yaratmır.


-Göz altındakı qançırlar və şişliklərə yaxşı təsir edir.


-Ziyil kimi dəri problemlərini bananla aradan qaldıra bilərsiniz.


-Gün ərzində dişlərinizi fırçaladıqdan sonra bir neçə dəqiqə banan qabığı ilə dişlərinizi masaj edə bilərsiniz. Bu, diş səthində olan ləkələri və sarılığı aradan qaldırmağa kömək edir.


-Diş ətindəki mikrobları təmizləyir.


-Banan qabığının ağrı kəsici təsiri var. Miqren ağrıları üçün banan qabığı ilə nahiyəni masaj edə bilərsiniz.


-Yaralar və milçək dişləmələri üçün banan qabığından istifadə edə bilərsiniz.


Mənbə: Sabah

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et