
Diz ağrılarına bir sıra amillər səbəb ola bilər, o cümlədən dizaltı vətərlərin həddindən artıq yüklənməsi və hərəkətliliyin olmaması. İdman həkimi və terapevt Cef Kayod yayılmış problemin bu və bəzi digər əsas səbəblərini The Sun-a sadaladı.
Həkimin fikrincə, əzələlərin zəifliyinə və həddindən artıq gərginliyinə məşqdən əvvəl və sonra kifayət qədər uzanmamaq, həmçinin oturaq həyat tərzin səbəb ola bilər. Kayod dizlərdə ağrının başqa bir səbəbinin budun ön səthinin əzələlərinin spazmı olduğunu açıqladı. O izah etdi ki, əgər kvadrisepslər gərgindirsə, diz oynağı onların hərəkətlilik çatışmazlığını kompensasiya etməyə meyllidir, buna görə də bu əzələləri vaxtında rahatlaşdırmaq və gücləndirmək çox vacibdir. Həmçinin terapevtin qeyd etdiyi kimi, topuqların zəif hərəkətliliyi və ayağın arxa əzələlərinin zəifliyi dizlərdə ağrıya səbəb ola bilər. Nəticədə dizlərdə yük artır və bu da problemlərə səbəb olur. Bu səbəbdən, oynaqların hərəkətliliyini və ayaqların əzələlərinin və dizaltı vətərlərin elastikliyini artırmaq vacibdir və sadə məşqlər buna kömək edəcək, Kayod yekunlaşdırdı.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Günel Məmmədova
