Bu gün:

Arıqlamağı çətinləşdirən gözlənilməz amillər


Qidalanma üzrə məsləhətçi və fitnes məşqçisi Cef Spayrs arıqlamağı çətinləşdirən üç gözlənilməz amili adlandırıb. The Sun onun fikirlərini sitat gətirir.

Spayrsın sözlərinə görə, yuxusuzluq və xroniki stress arıqlamağa mane olur.

“Yorğunluq qida həzminə gəldikdə bizi daha az səmərəli edir və enerjini başqa yerlərdə, adətən, zərərli qidalarda axtarmağa səbəb olur. Əgər yorulsaq, yüksək kalorili qidalara can atırıq ki, bu da çəkinin artmasına səbəb olur”, -  deyir Cef Prayrs.

Mütəxəssis izah etdi ki, stress zamanı orqanizm kifayət qədər yaxşı hiss edən hormonları – dopamin və serotonini ifraz etməyi dayandırır, lakin stress hormonu kortizol böyük miqdarda ifraz olunur. Kortizolun bu cür sərbəst buraxılması insanı irrasional edir, emosiyaların “tıxaclarına” meylli olur və çoxlu fast food, şəkər, spirtlə zəngin qidalar yeməyə meyilli olur. Bu da arıqlamağı çətinləşdirir.

Spayrsa görə bu problemi həll etməyin yeganə yolu həyat tərzini dəyişmək və stressi azaltmaqdır. Burada fiziki məşqlər meditasiya, yoqa və sakitləşdirici rituallar, yaxınlarınızla görüşlər sizə kömək edəcəkdir. Bundan əlavə, o, yuxu və istirahət rejimini qurmağı, axşam saatlarında qadcetlərdən istifadəni azaltmağı və gecə yemək yeməyi dayandırmağı tövsiyə etdi, çünki bu, yuxuya getməyi çətinləşdirir və bədən formuna zərər verir.

Həmçinin Spayrsa görə depressiya və artan narahatlıq kilo itkisini yavaşlata bilər və hətta çəki artımına səbəb ola bilər. Hər hansı bir psixi problemlə, bir insan, bir qayda olaraq, dəyərsiz hiss etməyə başlayır, sağlam vərdişlərdən imtina edir və zərərli qida ilə mənfi duyğuları boğmağa çalışır. Mütəxəssis tövsiyə etdi ki, depressiyadan qurtulmaq üçün mütləq peşəkar yardım axtarın, çünki bununla təkbaşına mübarizə aparmaq çox çətin ola bilər.

Mənbə: Lenta.ru 

Tərcümə etdi: Günel Məmmədova







Paylaş
Şərh əlavə et