Pişik sahibi olmağı düşünürsünüz? Nəyi gözləyirsiniz?! Əgər həqiqətən hazır hiss edirsinizsə, kiçik bir körpənin həyatını xilas etmək asandır. Çünki önəmli olan bu qərarı şüurlu şəkildə vermənizdir. Üstəlik, bu qərar həm sizin həyatınızı, həm də pişiyiniz üçün faydaları yaxşılaşdıracaq. Bu mövzuya daha dərindən girmək və təfərrüatları danışmaq istəyirik!
Pişik saxlamağın insan sağlamlığına necə faydalıdır?
Fiziki Fəaliyyət
Pişiklər təbiətcə maraqlı və oynaq canlılardır. Əslində, onların kefinin yoluxucu olduğunu söyləsək, səhv olmaz. Hər an bizi güldürür! İstər interaktiv oyunlara qatılmaq, istərsə də onların gündəlik dəcəllikləri ilə ayaqlaşmaq olsun, pişik sahibi olmaq fiziki aktivliyin artması deməkdir. Lazer işıqlarını təqib etməkdən tutmuş yelləncək və digər oyuncaqlarına qədər bu fəaliyyətlər nəinki pişik dostunuzu əyləndirəcək, həm də bizi hərəkətə gətirəcək.
Stressiz Həyat
Ev heyvanlarımızın diqqətsizlik üzündən xəstələnməsi və ya zədələnməsi bizim üçün böyük stressdir. Ümumiyyətlə, ev heyvanlarının stressi azaltdığı məlum bir həqiqətdir. Kortizol stresslə aktivləşdirilən bir hormondur və araşdırmalar müəyyən edib ki, ev heyvanlarının yanında olmaq kortizol səviyyəsini azaldır. Hətta elm pişiklərin lehinədir!
Aşağı Qan Təzyiqi
Stress həyatınıza sızdıqda qan təzyiqinizin yüksəlməyə başladığını hiss edirsiniz? Dərmanlar və həyat tərzi dəyişiklikləri ilə yanaşı, bir ev heyvanı hipertansiyona kömək edir. Birja brokerlərinin araşdırması pişik və ya itə sahib olmağın çoxsaylı faydalarını tapdı. Tədqiqatçılar müəyyən ediblər ki, bu, insan stress vəziyyətində olduqda baş verən qan təzyiqindəki sıçrayışları azaltmağa kömək edir.
Aşağı İnfarkt Riski
Tədqiqatlar nəticəsində məlum olub ki, pişikləri olan insanların ölümcül infarkt keçirmə ehtimalı 40 faiz azdır. Pişiyin sakitləşdirici təsirinin bir fərqi olub-olmadığı və ya pişikləri ev heyvanı kimi seçən insanların ürək xəstəliyi riskinin daha az olub-olmadığı aydın deyil. Hər iki halda, əgər siz pişik insansınızsa, bəxtiniz gətirib!
Depressiyanın yüngülləşdirilməsi
Yəqin ki, bir az kədərləndiyiniz zaman ev heyvanınızın sizi güldürdüyünü görmüsünüz. Milli Psixi Sağlamlıq İnstitutu heyvan yardımlı terapiyanı depressiya və digər əhval pozğunluqlarının müalicəsi kimi tanıyır. Çünki ev heyvanları depressiyaya müsbət təsir edir!
Allergiyanın qarşısının alınması
500-ə yaxın uşaq üzərində aparılan 7 illik araşdırma, körpəlikdə pişik və itlərə məruz qalan uşaqların böyüdükcə allergiya və astma risk faktorlarına sahib olma ehtimalının ev heyvanı olmayanlara nisbətən yarı qədər olduğunu göstərdi. Evdə birdən çox ev heyvanı olan körpələrdə allergiya riski ən az idi. Buna görə də, yaxınlıqda bir pişiyin olması uzun müddətdə uşağınıza fayda verir.
Mənbə: Heymypet.com
Tərcümə etdi: Amin Həsənli
