
Bu bir həqiqətdir ki, adekvat su qəbulu sağlamlığımız üçün çox vacibdir. Su və sağlamlıq dedikdə ağla gələn ilk orqan böyrəklərimiz olsa da, ürəkdən bağırsaqlara qədər bir çox orqanın çətinlik çəkmədən vəzifələrini yerinə yetirə bilməsi üçün hər gün ideal miqdarda su içmək lazımdır. Bundan əlavə, su istehlakı bizim əhvalımızla birbaşa bağlıdır.
Anksiyete nədir?
Su qəbulu ilə narahatlıq arasındakı əlaqəni qeyd etməzdən əvvəl narahatlığın nə olduğu haqqında məlumat vermək düzgün olardı.
Əhəmiyyətli bir təqdimat, həyatınıza təsir edəcəyini düşündüyünüz müsahibə və ya gələcəyinizlə bağlı sual işarələri olan bir münasibət- bunların hamısı bizi narahat edən mövzulardır.
Gündəlik həyatda bir çox səbəblərdən stress keçiririk. Bu stressi sıx şəkildə yaşamaq da narahatlığa səbəb ola bilər. Bu sıx narahatlıq zamanla təşviş pozuntusuna səbəb ola bilər ki, bu da öz növbəsində bir çox gündəlik fəaliyyət və vəziyyətlərə narahatlıq və qorxu ilə yanaşmanıza səbəb ola bilər. Buna təşviş pozuntusu deyilir.
Bu arada qeyd etmək lazımdır ki, stress və təşviş hiss etmək normaldır, ancaq narahatlıqdan qaynaqlanan panik atak kimi psixoloji pozğunluqlara gəlincə görülən əlamətlər ciddi və uzun müddətli olur.
Az su içməyin təşviş pozuntusuna təsiri
Kifayət qədər su istifadə etməmək beyin funksiyalarına müxtəlif yollarla təsir göstərə bilər ki, bu da özünüzü daha az üzgün və əsəbi hiss etməyinizə səbəb olur. Bundan əlavə, tədqiqatlar göstərir ki, daha az su içmək stres səviyyələrini artıra bilər və narahatlığı tetikleyici səbəblərdən biri ola bilər.
İnsan orqanizminin susuzluğa bu reaksiyasının səbəbi böyrəküstü vəzilərdə istehsal olunan və “stress hormonu” olaraq da bilinən kortizoldur. Kortizolun funksiyalarından biri də fiziki və psixoloji gərginliyi idarə etməkdir.
Stress bədəndə kortizol səviyyəsini artırır. Bundan əlavə, mütəxəssislər susuzluğun bədəndəki kortizol səviyyəsini artıra biləcəyini və insanın daha çox stress hiss etməsinə səbəb ola biləcəyini bildirir. Başqa sözlə, bədəninizin ehtiyac duyduğu su miqdarını istifadə edərək stress səviyyənizi tarazlıqda saxlamaq mümkün ola bilər. Ancaq uzun müddətdir yaşadığınız narahatlıq pozğunluğunuz varsa, bir mütəxəssisdən kömək istəməli olduğunuzu vurğulamaq istərdik.
Bu nöqtədə onu da qeyd edək ki, bədəninizin ehtiyac duyduğu su miqdarı yaş, cins, çəki, istifadə edilən dərmanlar və mövsüm kimi bir çox faktora görə dəyişə bilər.
Hər gün kifayət qədər su içdiyinizə əmin olun
Dehidrasiya yalnız narahatlıqla deyil, həm də depressiya ilə əlaqələndirilə bilər. Yetkinlərlə aparılan bir araşdırma ideal su istifadəsi olan insanların daha az su içənlərlə müqayisədə depressiyaya düşmə riskinin daha az olduğunu göstərib.
Mənbə: Su Arıtma Blog
Tərcümə etdi: Aydan Qasımova
