
Həkim, qidalanma və pəhriz mütəxəssisi Tuba Kayan Tapan reseptlərlə müşayiət olunan ən sağlam ədviyyatlardan biri olan və sağlamlığa hərtərəfli təsir göstərən zəncəfilin necə və nə qədər istifadə edilməli olduğunu söylədi.
Zəncəfil zəncəfil ailəsinə aid çoxillik bitkilərdən biridir və tibbdə bir çox dərmanlar üçün xammal kimi istifadə olunur. Həkim, qidalanma və pəhriz mütəxəssisi Tuba Kayan Tapan, zəncəfilin yay və qışda istifadə etməyi tövsiyə etdiyi sağlamlıq faydalarını aşağıdakı kimi sadalayıb:
Ağrıları azaldır
Zəncəfil güclü antioksidan və antiinflamatuar xüsusiyyətlərə malikdir, faydalı maddələr ehtiva edir. Sərbəst oksigen radikalları bədəndəki oksidləşdirici reaksiyalar nəticəsində yaranır. Zəncəfilin aktiv maddələri antioksidan təsir göstərir və sərbəst oksigen radikallarının bədənə vurduğu ziyanı azaldır. Zəncəfilin ağrıları azaltdığı müşahidə edildi. Bədəndəki infiltratlara (iltihablara) və revmatizmə qarşı da təsirli olduğu düşünülür.
Çəki atmağa kömək edir
2019-cu il ədəbiyyat icmalında zəncəfil əlavələrinin yüksək çəkili və ya obez insanlarda bədən çəkisini, beldə nisbətini əhəmiyyətli dərəcədə azaltdığı qənaətinə gəlindi. 2016-cı ildə 80 obez qadın arasında aparılan bir araşdırma zəncəfilin bədən kütlə indeksini və qan insulin səviyyəsini azaltmağa kömək edə biləcəyini tapdı. Qanda yüksək insulin səviyyəsi piylənmə ilə əlaqələndirilir. Zəncəfil suyu və ya zəncəfil ekstraktı istifadə edən siçovullar və siçanlar, yüksək yağlı pəhrizlərlə qidalandıqları hallarda da bədən çəkisində davamlı bir azalma yaşadılar.
İmmunitet sistemini gücləndirir
Zəncəfil
antiseptik təsiri sayəsində immunitet sistemini gücləndirir. Beləliklə, bədəni
infeksiyalardan qoruyur.
Ürəyi qoruyur
Zəncəfilin
antioksidan, antikoagulyant, qan təzyiqini aşağı salan və qan yağını azaldan ürək-damar
sağlamlığı üçün faydalı olduğu bilinir.
Diabet üçün faydalıdır
Zəncəfil
tədqiqatlarında qan şəkərinin səviyyəsini aşağı saldığına dair dəlillər var. Zəncəfilin
uzun müddətdə qan şəkəri səviyyəsini aşağı saldığı göstərilmişdir. Buna görə
diabetli xəstələrdə istifadə etmək faydalı hesab olunur.
Ürək bulantısına faydalıdır
Zəncəfilin əsrlər boyu ən vacib istifadələrindən biri ürəkbulanma və qusmanı aradan qaldırmaq idi. Zəncəfil hamiləlik zamanı ürək bulanması və qusma, xərçəng müalicəsi zamanı ürək bulanması və əməliyyatdan sonra da tövsiyə olunur. Ancaq hamilə qadınlar istifadə etməzdən əvvəl həkimə müraciət etməlidirlər.
Gündə nə qədər istifadə edilməlidir?
Zəncəfil trombositlərin laxtalanmasını azaldır. Yəni qanı incəldir. Qanaxmaya meylli insanlarda zəncəfilin həddindən artıq istifadəsi qanaxmaya səbəb ola bilər. Hipotansiyon adlanan aşağı qan təzyiqi yaşayan insanlarda qan təzyiqini daha da aşağı sala və xəstələnə bilər. Zəncəfil sağlam və dadlı bir ədviyyatdır, lakin tövsiyə ediləndən daha çox istifadə etmək narahatlığa səbən ola bilər. Zəncəfil çayının tövsiyə olunan miqdarı gündə 1 və ya 2 stəkandır. Gündə hər hansı bir formada 4 qramdan çox zəncəfil istifadə etmək tövsiyə edilmir.
Təzə istifadə edin
Təzə zəncəfil qurudan daha sağlamdır. Çay dəmləmək və şirəsindən istifadə etməklə zəncəfil hazırlamaq əsas yağ turşularından istifadə etməyin ən etibarlı yoludur. Aparılan araşdırmalar təzə və qurudulmuş zəncəfilin 115 maddədən ibarət olduğunu göstərir. Zəncəfilin əsas faydalı komponenti olan gingerol, təzə zəncəfildə quru zəncəfildən daha çoxdur. Təzə zəncəfildə C vitamini və dəmir var. Limonla istifadə edildikdə C vitamini artır -şorba, salat və ya digər bişmiş yeməklərə də əlavə edə bilərsiniz.
Mənbə: Sözcü
Tərcümə etdi: Aysu Əsədova
