Bu gün:

"Grok" süni intellekti ətrafında qalmaqal genişlənir


X platformasında fəaliyyət göstərən süni intellekt aləti "Grok" ilə bağlı ciddi qalmaqal gündəmə gəlib.

İstifadəçilər alətin real insanların fotolarını icazəsiz şəkildə seksual məzmunlu təsvirlərə çevirməsinə imkan verdiyini üzə çıxarırlar. Bu hal, xüsusilə qadınlar və azyaşlılarla bağlı təhlükəli risklər yaradır, geniş ictimai narazılığa səbəb olur.

Məsələ ortaya çıxdıqdan sonra platforma "Grok"-un şəkil yaratma funksiyasına məhdudiyyət tətbiq edir və bu imkan yalnız ödənişli istifadəçilər üçün açıq qalır. Lakin ekspertlər bildirirlər ki, bu addım əsas problemi aradan qaldırmır, texniki təhlükəsizlik mexanizmləri olmadan risklər davam edir.

Rəsmi qurumlar süni intellekt alətlərinin bu şəkildə istifadəsini ciddi etik, hüquqi problem kimi dəyərləndirir. Onlar platformaları daha sərt nəzarət mexanizmləri qurmağa və istifadəçilərin təhlükəsizliyini təmin etməyə çağırırlar. Qalmaqal süni intellekt texnologiyalarının məsuliyyəti ilə bağlı qlobal müzakirələri daha da gücləndirir.

Mənbə: Skynews.com

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et