
Ən yüksək protein mənbəyinin qırmızı ət olduğuna inanılır. Bununla birlikdə, qırmızı ətdən başqa protein mənbələrinə bir çox alternativlər var. Ət yemək istəməyənlər üçün bir nömrəli seçim olan bu yüksək proteinli mənbələr də böyük fayda gətirir. Ətdən daha çox protein ehtiva edən qidanın faydalarını eşidənlər təəccüblənirlər.
Protein bədənimizin dayanıqlığı və əzələ inkişakı üçün çox vacibdir. Protein haqqında danışarkən ağla gələn ilk şey qırmızı ətdir. Ancaq veqanlar və ət yeməkdən bezənlər yüksək proteinli qidalar üçün başqa alternativlər axtarırlar. Sağlam qidalananlar arasında sevilən kinoa, protein ehtiyaclarınızı ödəməyə kömək edir. Kinoa tam bir protein mənbəyidir. Proteinin bir hissəsi olan bəzi amin turşuları bədənimiz tərəfindən istehsal olunmur və bunlar qidadan alınmalıdır.
Bir çox bitki qidalarında bütün amin turşuları olmasa da, kinoa 8 əsas amin turşusunun hamısını ehtiva edir. Xüsusilə, amin turşuları lizin və metionin kinoada çox miqdarda olur. Bitki mənşəli bir protein mənbəyi olduğu üçün tez-tez veqan və vegetarian diyetlərində istifadə olunur. Kinoa bir çox taxıldan daha yüksək lif tərkibinə malikdir. Lif müntəzəm bağırsaq hərəkətlərini təşviq edir və bağırsaqdakı yaxşı bakteriyaları qidalandırır, həzm sağlamlığına müsbət təsir göstərir və qəbizliyin qarşısını almaq üçün vacibdir.

Bundan əlavə, lif, digər qidalarla müqayisədə daha az kalori ehtiva etsə də, toxluq hissini artırmağa kömək edir. Kinoa kimi yüksək lifli qidaları yüksək proteinli qidalar sizi ntox hiss etməyinizə və porsiya ölçülərini idarə etməyinizə kömək edəcək. Yüksək doymuş kinoa balanslı bir yeməyin bir hissəsi olduqda uzun müddət toxluq hissi verir. Bu, çəki baxım proqramlarında istifadə edilə bilən bir qidadır.
Kinoa vitamin və minerallarla zəngindir. Bu zəngin tərkibə əlavə olaraq A, B, C və K vitaminləri olan kinoa ümumiyyətlə xolesterol ehtiva etmir. Ürək xəstəliklərindən qoruyur. Maqnezium, kalsium, fosfor, sink, dəmir, ilə zəngin olan kinoa ,anemiya riskini azaldır. Kinoa qlütensizdir. Qlüten həssaslığı olan və çölyak xəstəliyi olan insanlar tərəfindən qəbul edilə bilən zəngin bir qidadır. Yeməkdən sonra asanlıqla həzm olunur və şişkinliyə səbəb olmur.
Kinoa bir çox antioksidantları ehtiva edir və beləliklə, qocalma əleyhinə təsir göstərir. Bundan əlavə, xərçəngə qarşı qoruyucu təsir göstərir. Çox az yağ ehtiva edən yüksək qida tərkibinə baxmayaraq, kinoa asanlıqla həzm olunan və çox kalorili olmayn, aşağı glisemik indeksli bir qidadır. Bu qida qan şəkərini yavaş-yavaş qaldıraraq aşağı salmaqla uzun müddət toxluq hissi verir.
Mənbə : CNN Türk
Tərcümə etdi: Aysu Əsədova
