Bu gün:

ICE agenti tərəfindən öldürülən şəxsin kimliyi üzə çıxıb


ABŞ-nin Minneapolis şəhərində federal immiqrasiya agenti tərəfindən vurularaq öldürülən qadının 37 yaşlı, üç uşaq anası Rene Nikol Gud olduğu açıqlanıb. O, mükafat qazanmış şair, gitara ifaçısı olub. Şəhər rəhbərliyi onun ICE əməliyyatını hüquqi müşahidəçi kimi izləyib, Tramp administrasiyası isə onu “daxili terrorçu” adlandırıb.

Rene Nikol Gudun ölümü ölkə üzrə etirazlara səbəb olub. Anası Donna Qanger qızının qarşıdurma zamanı qorxmuş ola biləcəyini deyib və onu son dərəcə mərhəmətli, qayğıkeş bir insan kimi təsvir edib. Ailə üçün yaradılan yardım kampaniyası qısa zamanda yüz minlərlə dollar toplayıb.


ABŞ vətəndaşı olan Gud Kolorado Sprinqsdə doğulub, daha sonra Kanzas Siti və Minneapolisdə yaşayıb. O, İngilis dili üzrə ali təhsil alıb, 2020-ci ildə Amerika Şairlər Akademiyasının tələbə mükafatını qazanıb. Son illər əsasən evdar ana olub, daha əvvəl isə stomatoloji asistenti və kredit ittifaqında çalışan işçi kimi fəaliyyət göstərib.


Rəsmi qurumların versiyasına görə, "Gud ICE" agentlərinin işinə mane olub və avtomobili "silah" kimi istifadə edib. "Homeland Security" rəhbərliyi agentin həyatına təhlükə yarandığını bildirib. Prezident Tramp da bu mövqeyi dəstəkləyib.


Lakin Minneapolis meri Yakob Frey videonu izlədiyini və agentin səlahiyyətdən ehtiyatsız istifadə edib, nəticədə bir insanın ölümünə səbəb olduğunu deyib. Hadisə yeri 2020-ci ildə Corc Floydun öldürüldüyü əraziyə yaxınlığı ilə də diqqət çəkib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et