Bu gün:

Ukraynada enerji obyektləri və limanlar vurulub


Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, Rusiya hərbi qüvvələri Ukrayna Silahlı Qüvvələri üçün fəaliyyət göstərən enerji obyektlərinə və limanlarına zərbələr endirib. Əməliyyatda təyyarələr, PUA-lar, raket qüvvələri və artilleriya iştirak edib.

Hesabatda deyilib ki, Ukrayna Silahlı Qüvvələri və Ukrayna hərbi-sənaye kompleksi tərəfindən istifadə edilən enerji, liman infrastrukturu obyektlərinə ziyan dəyib.

Zərbə, həmçinin 152 rayonda yerləşən pilotsuz təyyarələrin yığılması və saxlanması yerlərinə, müvəqqəti hərbi yerləşdirmə məntəqələrinə də dəyib.

Daha əvvəl ABŞ ordusunun təqaüddə olan polkovnik-leytenantı Daniel Devis bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin yalnız seçilən bölmələri döyüş zonalarına göndərilməzdən əvvəl tam təlim keçib. Onun sözlərinə görə, belə yaxşı təlim keçən hərbçilər "çox azdır". Ukrayna Silahlı Qüvvələrinin komandanlığı onları cəbhənin təlim səviyyəsinin əməliyyatın nəticəsinə həlledici təsir göstərə biləcəyi ərazilərində yerləşdirib.

Hərbi ekspert Vasili Dandıkin NEWS.ru-ya bildirib ki, London artıq Ukraynada "qorxutma" əməliyyatları aparıb. Dandıkin qeyd edib ki, Britaniya Silahlı Qüvvələrinin imkanları məhduddur.

Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et