Bu gün:

Uşaqlarda iştahsızlıq və yuxusuzluğun az bilinən səbəbi


Mütəxəssis klinik psixoloq Müjdə Yahşi bu mövzuda əhəmiyyətli məlumatlar verib.

Uşaqlarda iştahsızlıq, yuxusuzluq, yaddaş problemləri və bir sıra davranış pozğunluqlarının səbəblərindən biri də serotonin hormonunun aşağı olmasıdır.

Xoşbəxtlik hormonuna “seratonin” deyilir. Uşağının aqressiv davranışı, qəzəbli olması, sidik qaçırma və ya yaşadığı davamlı qorxular, hətta şikayət etdiyi mədə ağrısı və ürək bulanması kimi fiziki simptomları bu hormonun ifraz olunmamasının bir siqnalıdır. Çünki xoşbəxtliklə yanaşı, bu vacib hormon mədə-bağırsaq traktında həzmi tənzimləyir.

Bəs valideynlər uşaqlakı serotonin səviyyəsini yüksək tutmaq üçün nə edə bilərlər?

"Birincisi, əlbəttə ki, narahatlıq, təzyiq və zorakılıq olmayan bir ailə mühiti yaratmağa çalışmalıyıq. Çünki bədbəxt ailə mühiti yalnız uşağın duyğularına mənfi təsir göstərmir, həm də fiziki və davranış reaksiyalarına mənfi təsir göstərir. Şübhəsiz ki, körpənin sağlam qidalanması və yuxusu, müntəzəm idmanla məşğul olması, günəşlə birlikdə aldığı kifayət qədər D vitamini də serotonin səviyyəsini artırmağa kömək edə bilər. Ancaq seratonini qidalandıran ən güclü qida sevgi və güvənidir."

Mənbə: CNNtürk 

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et