Bu gün:

Meyvə şirələri nə zaman öz təsirini itirir?


Gündəlik həyatda müntəzəm olaraq meyvə yemək hər kəsin xoşuna gəlməyə bilər. Meyvə şirələrinə isə tələbat həm praktik, həm də daha dadlı olduğu üçün günü-gündən artır.

1. Yeməkdən sonra tox mədəyə içmək.

Təzə sıxılmış meyvə şirəsindən ən yaxşı fayda əldə etmək üçün yeməkdən ən az yarım saat əvvəl acqarına içilməlidir.Beləliklə, bədəniniz şirənin tərkibindəki bütün vitamin və mineralları daha sürətli, heç nə israf etmədən və bu proses zamanı həzm etmək üçün çox az səy göstərmədən qəbul edə biləcək. Bununla belə, unutmaq olmaz ki, meyvə şirəsi heç vaxt yeməyi əvəz etmir, sadəcə olaraq sağlamlığınızı yaxşılaşdırmaq üçün kiçik bir addımdır.

Şirəni içmək üçün ən yaxşı vaxt səhərdir. Meyvə suyu səhər yeməyindən yarım saat əvvəl içilməlidir.

2. Bir çox fərqli meyvələr əlavə etmək.
Təzə sıxılmış meyvə şirələri bədənə birbaşa vitamin və mineral axını təmin etdiyi üçün faydaları saysız-hesabsızdır. Lakin burada diqqət yetirilməli olan məqam şirə əldə etmək üçün hansı meyvələrin sıxıldığıdır. Çox meyvə qarışdırılaraq əldə edilən meyvə şirələri faydadan çox zərər verir. Meyvələr vitamin və minerallarla zəngin olsa da, bədəninizi böyük miqdarda fruktoza və ya şəkərə məruz qoyur. Xüsusilə diabet və göbələk xəstəlikləri ilə mübarizə aparanlar bundan daha çox təsirlənə bilər.

3. İçmək üçün çox gözləmək.
Şirələri günlərlə içmək üçün çox sıxarsanız, bu şirədən kifayət qədər vitamin almaya bilərsiniz. Şirəni hazır edib, bir neçə gün saxlamaq nə qədər gözəl səslənsə də, orqanizmi qəbul edə biləcəyi vitaminlərdən də məhrum edir. Ona görə də sıxdığınız şirəni dərhal içməyə çalışın. Çünki orta hesabla 15 dəqiqədən sonra işıq və hava meyvə şirəsindəki bir çox vitaminləri məhv edəcək, hətta meyvə şirəsi bir müddət sonra bütün antioksidan gücünü itirməyə başlayacaq.

4. Yaşıl tərəvəzlərin əskik olması.
Tərəvəzlərin suyunu sıxıb içmək, eləcə də meyvə şirəsini sıxmaq son dərəcə faydalıdır. Sağlam tərəvəz şirələri hazırlamaq üçün ən yaxşı yol yaşıl tərəvəzləri daxil etməkdir. Çünki yaşıl tərəvəzlər təbii olaraq xlorofil istehsal edir ki, bu da onu istehlak etdikdə bədəninizi oksigenlə doldurmağa kömək edir. Nəticədə bədəninizi təmizləyir, qan dövranınızı yaxşılaşdırır və sizə enerji verir. 

5. Çox tez içmək.
Bir çox insanlar üçün meyvəni yemək çətin olduğu üçün şirəsini sıxaraq içməyə üstünlük verirlər. Praktik olduğu üçün suyu tez bitirməyə çalışmaq da ən böyük səhvlərdən biridir. Şirəni yavaş-yavaş yudumlayaraq içmək və hətta udmadan bir müddət əvvəl ağızda fırlatmaq da faydasını daha da hiss etdirir. Mədə və həzm sistemi çox həssasdır. Meyvə suyunu tələsik içmək həzm prosesini çətinləşdirə bilər.

Mənbə: Haber7

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et