
Rəqs bəlkə də ən xoş fiziki fəaliyyətlərdən biridir. Sevdiyiniz musiqini açıb istədiyiniz şəkildə rəqs etmək sizə həm motivasiya verəcək, həm də forma alacaqsınız. Xüsusilə Avropada çox məşhur olan rəqslə arıqlamaq, bədənin hər bir nahiyəsini bərabər işlətməklə yanaşı, arıqlamağın ən əyləncəli üsullarından biri hesab olunur.
Rəqs edərək arıqlamaq üçün özünüzü ən yaxşı hiss etdiyiniz rəqs növlərini təyin edə və bu fiqurlara uyğun bir playlist hazırlayaraq rəqsə başlaya bilərsiniz. Hər gün ən az 40 dəqiqə ilə 60 dəqiqə arasında edilən rəqs fəaliyyəti sizi qısa zamanda istədiyiniz formaya salacaq. Bədənin yuxarı və aşağı hissələrini eyni anda işlədən rəqs fiqurları ilə 10 dəqiqə ərzində təxminən 100 kalori yandıra bilərsiniz. Rəqs təkcə piyləri yandırmır, həm də xoşbəxtlik hormonlarını ifraz edir. Sizi formada saxlayan və özünüzü yaxşı hiss etdirən rəqs maddələr mübadiləsini sürətləndirən ən təsirli məşqlərdən biridir.
Müasir balet, rəqs və diskoteka kimi aerobikanı ehtiva edən hərəkətlər çevikliyi artırmaqla yanaşı, bədəninizə elastiklik əlavə edərək atletik qabiliyyətlərinizi artırmağa kömək edir. Rəqs etmək və ürək dərəcəsini yüksək saxlamaq üçün ən azı 30 dəqiqə vaxt ayırmalısınız. Heç bir arıqlama cihazına və ya maşına bağlanmadan müxtəlif videolara baxaraq yeni rəqs hərəkətləri öyrənə və ya video ilə eyni anda rəqs hərəkətləri tətbiq edərək kalori yandırmağa başlaya bilərsiniz.

Tək rəqs etməkdən sıxılırsınızsa, rəqs partnyoru tapıb rəqsinizi daha əyləncəli edə bilərsiniz. Latın rəqsləri olan rumba, samba, cha cha və paso doble kimi rəqs növləri əzələlərin elastikliyini artırır və daha incə və uzun görünüş əldə etməyə kömək edir.
Rəqslər arasında kifayət qədər su içdiyinizə əmin olun. Su içmək əzələlərinizi daha effektiv işləməyinizə kömək edir. Göbək rəqsi daha incə bir belə sahib olmağa, Roma rəqsi isə qarın və bel reflekslərini inkişaf etdirməyə imkan verir. Flamenko və Latın rəqsləri isə formalı bədənə sahib olmağınızı asanlaşdırır.
Mənbə: Hürriyet
Tərcümə etdi: Lamiyə Cənnətzadə
