Bu gün:

Hər gün bir qab qatıq yeməyin faydaları


Qatıq aşağı kalorili qidadır. Tərkibində vitamin və minerallar olduğu üçün mütəxəssislər tərəfindən mütəmadi olaraq qəbul olunması tövsiyə olunur. Canlı laktik turşu ilə qatıq maqnezium, kalium və protein mənbəyidir. Hər yaşda rahatlıqla yeyilə bilən bu qidanı hər gün 1 kasa yeməklə inanılmaz faydalar əldə etmək olar. Gəlin faydalarına nəzər salaq:

1. Onu təkcə qida kimi deyil, bədənimizə qulluq maskalarında da istifadə edə bilərik.

2. Qan təzyiqini aşağı salır.

3. Tərkibində çox sayda probiyotiklər var. Bu şəkildə immunitet sistemini gücləndirir.

4. D vitamini çatışmazlığı osteoporozun (sümük itkisinin) ən əhəmiyyətli faktorudur, bunun qarşısını almaq üçün hər gün 1 kasa qatıq yeyilməlidir.

5. Qatığın tərkibində zülal, kalsium, fosfor, B1, B2 və B12 vitaminləri var. Bu vitaminə ehtiyacı olanlar gündəlik qatıq yeməlidirlər.

6. Böyümə və inkişaf çağında olanların diş və sümüklərinin inkişafı üçün əhəmiyyətli bir köməkçidir.

7. Tərkibində maqnezium və kalium olduğu üçün əzələ və sinir üçün faydalıdır.

Daimi qatıq yemək siqaretin zərərlərini azaldırmı?
Hər kəsin həyatında bir dəfə eşitdiyi təklif siqaret çəkənlərin hər gün qatıq yeməsidir. Bu barədə elmi məlumat yoxdur, ancaq qatıq qəbulu ağciyərləri gücləndirdiyi üçün ağciyərlər siqaretin verdiyi zərərlərə qarşı daha davamlı olacaq.

Qatığın saçlara faydaları
Qatığın tərkibindəki laktik turşu saçlarımız üçün faydalıdır. Maska olaraq və ya gündəlik yeyilən qatıq baş dərimizi təmizləyir və saç köklərinin böyüməsinə kömək edir. Protein sağlam saçlar üçün çox vacibdir. Tərkibində protein olan qatıq saçları möhkəm və parlaq edir.

Mənbə: Habertürk

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et