
Avtomobil hərəkət edəndə ürəyiniz bulanırsa, bu prosesi asanlaşdırmaq üçün bəzi fikirlərə nəzər sala bilərsiniz.
Maşın tutması yüngül ürəkbulanma, başgicəllənmə, tərləmə və qusma ilə nəticələnə bilər. Əslində təkcə avtomobildə deyil, təyyarədə, gəmidə və qatarda da bu hal baş verə bilər. Əgər siz də bu xəstəlikdən əziyyət çəkirsinizsə, bunu azaltmaq üçün müxtəlif variantları sınaya bilərsiniz.
Avtomobil tutmasının qarşısını almaq üçün nə etmək olar
Narahatlığı ilk dəfə hiss etdiyiniz zaman simptomlar şiddətlənməmiş dərhal müdaxilə edin.
• Nəzarəti ələ keçirin
Elm inanır ki, maşın tutması deyilən şey, gözlərinizin gördüyü ilə daxili qulağınızın qəbul etdiyi hərəkət fərqli olduqda baş verir. Avtomobil idarə etmək diqqətinizi toplamağa kömək edəcək. Bu halın baş vermə riski minimuma düşəcək.
• Gözlərinizi yola dikin
Avtomobil sürmək alınmırsa, səyahət etdiyiniz istiqamətə baxmağa çalışın. Yenə də görmə duyğunuzla daxili qulağınız arasında əlaqə qurmağa çalışın. Avtomobilin ön tərəfində oturmağa çalışın. Bu simptomlarınızı azaldacaq.
• Gözlərinizi üfüqdə saxlayın
Uzaq bir sabit obyektə diqqət yetirmək vizual dəstək verir.
• Mövqeyinizi dəyişdirin
Bəzi insanlar üçün uzanmaq avtomobil tutmasını aradan qaldıra bilər, bəziləri üçün ayaq üstə durmaq daha yaxşı bir mövqe ola bilər. Seçimləriniz səyahət növünüzdən asılı olacaq. Sizə uyğun olanı tapmaq üçün hər iki variantı sınayın. Əgər avtomobildəsinizsə, başınızı dayamaq başınızın hərəkətlərini azaltmağa kömək edə bilər.
• Bir az hava alın
Əgər özünüzü narahat hiss edirsinizsə, fasilə verib bayıra çıxmaq və ya bir az hava almaq üçün pəncərəni açmaq faydalı olacaq. Hava və ya səyahət tərziniz buna imkan vermirsə, havalandırmanı əl ilə yaradın. Səyahət yoldaşlarınızdan siqaret çəkməməyi xahiş edə bilərsiniz, çünki siqaret tüstüsü vəziyyəti daha da pisləşdirəcək.
• Qəlyanaltı yeyin
Simit kimi yüngül qəlyanaltı yemək ürəkbulanmanı aradan qaldıra bilər. Ağır, yağlı və ya turşulu qidalar yavaş həzm edildiyi üçün xəstəliyiniz daha da ağırlaşa bilər. Səyahətinizdə yeməklərinizi əvvəlcədən planlaşdırın, fast food məhsullarından uzaq durun. Digər yaxşı qəlyanaltı seçimləri sendviç, alma və banan ola bilər.
• Bir az su və ya qazlı içki içmək
Soyuq su, mineral kimi qazlı içkilər də ürəkbulanmanı azalda bilər. Siz də eyni şəkildə süd və ya alma suyu içə bilərsiniz. Lakin kofeinli içkilərdən, məsələn, qəhvə qaçmaq lazımdır. Çünki bu içki ürəkbulanmaya səbəb olacaq.
• Özünüzü musiqi və ya söhbətlə yayındırın
Özünüzü necə hiss etdiyinizi düşünməmək üçün radionu yandırın və ya söhbətə başlayın. Özünüzü daha yaxşı hiss etmək üçün kifayət qədər diqqətinizi yayındıra bilərsiniz. Tədqiqatçılar deyirlər ki, musiqi dinləmək ürəkbulanma və hərəkət xəstəliyi ilə əlaqəli digər fizioloji simptomlara kömək edir.
• Ekrana baxmayın
Ürəkbulanma yaşayan insanlar kitab oxumaq və ya telefona baxmaq kimi sabit baxış tələb edən fəaliyyətlərdə çətinlik çəkə bilərlər. Bunlar daxili qulaq və gözlər arasında duyğu əlaqəsini artıran şərtlərdir. Bir şeyə yaxından diqqət yetirsəniz, simptomlarınızı daha da pisləşdirə bilərsiniz. Vaxt keçirmək üçün audiokitablar, musiqilər və yatmaq yaxşı fikirdir.
• Aromaterapiyadan faydalanın
Təmiz zəncəfil, lavanda və nanə efir yağları kimi bəzi qoxular bu vəziyyətdə kömək edə bilər. Bir neçə damcı efir yağı gözlənilməz təsirlər yarada bilər.
• Çobanyastığı çayı için
Çobanyastığı mədəni sakitləşdirməyə, turşuları azaltmağa və mədəni rahatlamağa kömək edən bitkidir. Səyahət etməzdən əvvəl çayı dəmləməyi, səyahət fincanında saxlamağı və isti və ya soyuq içməyi düşünün.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə ismayılova
