Ledi Qaqanın bacısı Natali Germanotta moda sahəsində yeni addım atıb. O, “Natali Alexander” adlı şəxsi geyim markasını rəsmi olaraq istifadəyə verib. Brendin ilk kolleksiyası çərçivəsində məhdud sayda istehsal olunan ipək şərf təqdim olunub.
Yeni markanın konsepsiyası fərdi üslub, zəriflik və şəxsi ifadə üzərində qurulub.”Natali Alexander” brendi klassik detalları müasir yanaşma ilə birləşdirərək, modada unikallığı ön plana çıxarmağı hədəfləyir.
Qeyd olunur ki, ilk məhsul həm dizaynı, həm də keyfiyyətli material seçimi ilə diqqət çəkib. Natali Germanotta gələcəkdə kolleksiyanı genişləndirməyi və brendi beynəlxalq moda bazarında tanıtmağı planlaşdırır.
Bu addım məşhur ailənin moda dünyasındakı təsirini daha da gücləndirən maraqlı yenilik kimi qiymətləndirilir.
Mənbə: people.com
Tərcümə etdi: Şehrin Musayeva
