Bu gün:

Niki Minajın deportasiyası üçün petisiya 120 min imza toplanıb


Niki Minajın mühafizəkar siyasətə keçməsindən sonra onun deportasiyası üçün çoxsaylı ərizələr təqdim edilib. Ötən ay reper Feniksdə keçirilən tədbirin birində gözlənilməz qonaq olub və təşkilatın həmtəsisçisi, qətlə yetirilən siyasi şərhçi Çarli Kirkin dul qalan həyat yoldaşı Erika Kirk ilə söhbət edib.

Həmin çıxış zamanı Minaj "yaraşıqlı və cəsarətli" Donald Trampa "hörmət və heyranlığını" ifadə edib və Kaliforniya qubernatoru Qevin Nyusoma qarşı son tənqidlərini daha da gücləndirib.

Kirk Minajdan son şərhlərinə görə üzləşdiyi reaksiyalar barədə soruşub, reper isə bunların fərqinə varmadığını deyib: "Mən onlar haqqında düşünmürəm".

Lakin, sonradan o, böyük əks-səda üzündən İnstaqram hesabını deaktiv edib və bu, artıq onun deportasiyası üçün çoxsaylı ərizələrin dərc olunmasına səbəb olub.

Mənbə: Music News

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et