Bu gün:

“Günəşdən qorunma qaydalarına riayət olunmalıdır”


24media.az-ın " 1 sual, 1 cavab rubrikasının budəfəki müsahibi allerqoloq, pulmonoloq Ramin Nərimandır. O, günəşə qarşı yaranan allergiya haqqında danışıb.

-Günəşə qarşı allergiya niyə yaranır və ondan necə qorunmaq olar?

-Allergik xəstəliklərin necə yaranması, necə inkişaf etməsi bugünkü elmə tam məlum deyil. Sadəcə, indiki məlumatlar belədir ki, günəş şüalarının təsirindən dəridə olan maddələr mübadiləsinin pozulması, qanın maye hissəsinin bir miqdarda damardan kənara çıxması, allergik reaksiyaların inkişafı nəticədə dəridə qaşınmanın, səpkilərin və s. əmələ gəlməsinə səbəb olur. Günəşə qarşı allergiyanın müalicəsi, demək olar ki, yoxdur. Sadəcə, günəşdən qorunma qaydalarına riayət olunmalıdır. Günəşdən qorunma qaydasına əməl etmək üçün günəşli havada bayıra çıxmaq olmaz. 11:00-dan 17:00-18:00 arası radələrinə qədər bayıra çıxılmasa, daha yaxşı olar. Bayıra çıxıldığı halda sutkanın vaxtından asılı olmayaraq qapalı paltar geyinilməlidir, qoruyucu kremlər istifadə olunmalıdır, baş geyimi geyinilməlidir, gün eynəklərindən istifadə olunmalıdır, hətta günə qarşı çox yüksək allergik reaksiya müşahidə olunarsa, çətirdən də istifadə oluna bilər. Gün altında istirahət məsləhətli deyil. Dənizə gedəndə də gündən qorunmalısınız.

Xədicə Cabbarlı 

Paylaş
Şərh əlavə et