Bu gün:

Venesuelada partlayış səsləri eşidilib


ABŞ Venesuelanın Karakas, Miranda, Aragua və La Quaira bölgələrinə hücum həyata keçirib. ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun saxlanılmasına yönəlmiş əməliyyatın “son dərəcə uğurlu” olduğunu bildirib.


ABŞ–Venesuela münasibətlərində gərginliyin pik həddə çatdığı bir vaxtda, Venesuelanın paytaxtı Karakasda təyyarə səsləri və güclü partlayışlar eşidilib, ardınca isə tüstü müşahidə olunub. Partlayışlardan sonra bir çox məhəllədə sakinlərin evlərini tərk edərək küçələrə çıxdığı, bəzi ərazilərdə isə partlayış səslərinin uzaq məsafədən də aydın şəkildə eşidildiyi bildirilib.

Aşağı hündürlükdə uçan təyyarələr şəhər üzrə panikaya səbəb olub. Şəhərin cənub hissəsində yerləşən iri hərbi bazanın yaxınlığında elektrik enerjisinin kəsildiyi qeyd edilib.

Venesuela hökuməti tərəfindən yayılan açıqlamada hücumlara görə ABŞ məsuliyyət daşıyıb və Prezident Maduronun ölkə üzrə “xarici müdaxilə nəticəsində fövqəladə vəziyyət” elan edən fərmanı imzaladığı bildirilib.

ABŞ narkotik qaçaqmalçılığı iddiaları fonunda Karib hövzəsində və Sakit okean sahillərində hərbi mövcudluğunu artırır. Vaşinqton bölgəyə F-35 qırıcıları, döyüş gəmiləri, hərbi təyyarələr və nüvə sualtı qayığı göndərib.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl də Venesuela ilə müharibə ehtimalına dair dəfələrlə açıqlamalar verib: "Maduro və həyat yoldaşı saxlanılaraq ölkə xaricinə çıxarılıb".

ABŞ Prezidenti Donald Tramp Truth Social platformasındakı paylaşımında Venesuelaya qarşı həyata keçirilən hücumların ABŞ tərəfindən təşkil olunduğunu açıqlayıb. Əməliyyatın ABŞ hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini bildirən Tramp qeyd edib: “ABŞ Venesuelaya və onun lideri Prezident Nikolas Maduraya qarşı genişmiqyaslı hücum təşkil edib və Maduro həyat yoldaşı ilə birlikdə saxlanılaraq ölkə xaricinə çıxarılıb”.

Tramp həmçinin yerli vaxtla saat 11:00-da Florida ştatında yerləşən Mar-a-Lago iqamətgahında mətbuat konfransı keçirəcəyini bildirib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et