Bu gün:

Trump İranı sülhpərvər etirazçıları öldürməyə görə xəbərdarlıq edib


ABŞ Prezidenti Donald Trump İran rəsmilərini sülhpərvər etirazçıların öldürülməsinə qarşı xəbərdarlıq edərək Vaşinqtonun "onların xilasına gələcəyini" bildirib.

Sosial media hesabından qısa bir yazı paylaşan Trump "Biz atəşə hazırıq" ifadəsini işlədib. O, heç bir əlavə təfərrüat verməyib.

İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyinin baş məsləhətçisi isə cavab olaraq bildirib ki, Trump müdaxilə etsə, "ehtiyatlı olmalıdır" və bunun Yaxın Şərqdə potensial xaosa səbəb ola biləcəyini bildirib.

Xəbərlərə görə, pisləşən iqtisadi şərait səbəbilə başlayan və təxminən bir həftədir davam edən kütləvi etirazlar nəticəsində İranda ən azı 8 nəfər həyatını itirib.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et