Yaşayış xərclərinin artımına qarşı İranda keçirilən etirazların beşinci günündə qarşıdurmaların və itkilərin artdığı bildirilir.

Fars xəbər agentliyi və insan haqları təşkilatı Hengav bildiriblər ki, İranın cənub-qərbində yerləşən Lordəgan şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar zamanı iki nəfər ölüb. Fars agentliyinin məlumatına görə, ölkənin qərbində yerləşən Azna şəhərində üç nəfər, Kuhdəşt şəhərində isə bir nəfər həyatını itirib.
Cümə axşamı sosial mediada yayımlanan videolarda etirazçılarla təhlükəsizlik qüvvələri arasında davam edən qarşıdurmalar zamanı avtomobillərin yandırıldığı görülüb.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
