Bu gün:

Sülh planının son layihəsində nələr var?


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəni bitirmək məqsədilə aparılan danışıqlar fonunda ABŞ Prezidenti Donald Tramp ilə Floridada görüşüb.

Görüş zamanı 20 maddədən ibarət sülh planı müzakirə edilib. Danışıqlar zamanı iki liderin ərazi güzəştləri və təhlükəsizlik təminatlarını gündəmə gətirməsi gözlənilir. ABŞ Prezidentinin Mar-a-Lagodakı iqamətgahında keçirilən bu görüş həftəsonu Rusiyanın Kiyevə qarşı həyata keçirdiyi intensiv bombardmanlardan sonra baş tutub. Zelenski bu hücumların Moskvanın “sülh istəmədiyinin” sübutu olduğunu bildirib. Rəsmilər Ukraynanın paytaxtına qarşı həyata keçirilən 10 saatlıq raket və pilotsuz təyyarə hücumu zamanı 2 nəfərin öldüyünü, 32 nəfərin isə yaralandığını açıqlayıblar.

Mənbə: BBC News

Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et