Bu gün:

Qvineyada prezident seçkiləri keçirilir


Bu gün Qvineyada prezident seçkiləri keçirilir. Seçkilərin nəticələrinin ölkəyə 2021-ci ildə hərbi çevriliş yolu ilə rəhbərliyə gəlmiş polkovnik Mamadi Dumbuyanın hakimiyyətini möhkəmləndirəcəyi gözlənilir.

Yeni Konstitusiyaya əsasən keçirilən seçkilər Qvineyada uzun müddət davam edən siyasi qeyri-sabitlikdən sonra mühüm mərhələ kimi qiymətləndirilir. Hakimiyyət seçkilərin demokratik və şəffaf şəkildə təşkil olunduğunu bildirsə də, beynəlxalq müşahidəçilər və müxalifət nümayəndələri proses zamanı siyasi azadlıqların məhdudlaşdırılması və media üzərində nəzarətin gücləndirilməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Seçkilərin nəticələrinin ölkənin gələcək siyasi kursuna və Qərbi Afrika regionunda sabitliyə ciddi təsir göstərəcəyi qeyd olunur.

Mənbə: Reuters

Tərcümə etdi: Zəhra Məlikova 


Paylaş
Şərh əlavə et