Bu gün:

ABŞ Nigeriyanın Jabo kəndini bombalayıb


Dekabrın 26-da ABŞ-nin Nigeriyadakı İŞİD hədəflərinə hücumunda heç bir terror ünsürü olmayan kəndin də hədəf alındığı ortaya çıxıb. ABŞ-nin hücumu kənddə böyük qorxu və panikaya səbəb olub.

Nigeriyanın şimal-qərbindəki sakit Jabo kəndində cümə axşamı gecəsi gözlənilməz partlayış baş verib. Raket parçası bölgədəki yeganə sağlamlıq klinikasının yaxınlığında yerə düşərkən kənd sakinləri dəhşətli anlar yaşayıb. Jabo sakini Süleyman Kaqara gecə saatlarında yüksək səs eşitdiyini və səmada alov gördüyünü təsvir edib. Sonrakı şaqqıltı səsi və partlayış kəndliləri küçələrə çıxarıb. Bombanın kənddə xaos yaratdığını qeyd edən Kaqara daha əvvəl belə bir şey görmədiklərini qeyd edib. Jaboda olan insanlar bomba səbəbiylə çaxnaşma içində kəndi tərk etməyə çalışıblar.

 ABŞ-nin Afrika Komandanlığı bu əməliyyatda çoxlu sayda yaraqlının zərərsizləşdirildiyini təsdiqləyib. Aprel ayında Yəmənə hücumlardan sonra Trump "Truth Social" hesabında Husi qüvvələrini hədəf aldıqlarını iddia edərək kəndlilərin güllələndiyini əks etdirən şəkillər paylaşıb. Mülki əhalinin hədəf alındığını göstərən görüntülər beynəlxalq qınaqlara səbəb olub.

Trampın İŞİD-i vurğulamasına baxmayaraq, Jabo kəndliləri hədəfə alınan ərazidə terrorçu ünsürlərin olmadığını bildiriblər. Süleyman Kaqara müsəlman və xristian qonşuların kənddə dinc yaşadıqlarını və Jaboda xristianları öz qardaşları kimi gördüklərini deyib.

"CNN İnternational"ın məlumatına görə, əyalət qanunvericisi Bashar İsah Cabo da eyni fikirdədir. İsah Cabo kəndi "dinc icma" kimi xarakterizə edərək ərazidə İŞİD, Lakurava və ya buna bənzər hər hansı bir terror təşkilatının fəaliyyət tarixinin olmadığını qeyd edib. O, ABŞ bombasının tarlaya düşdüyünü ifadə edərək itki olmasa da, hücumun cəmiyyətdə böyük qorxuya səbəb olduğunu bildirib.

Mənbə: Hürriyet

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et