Bu gün:

Kokos necə qəbul edilməlidir?


Həyatımızdakı bir çox qidalar sağlamlıq üçün çox faydalıdır. Xüsusilə, meyvə və tərəvəzlər ən çox qəbul edilən məhsullardır. Hər meyvə və tərəvəzin özünəməxsus faydaları var. Ona görə də hər kəs sevdiyi və zövq aldığı məhsulları qəbul etməyə çalışır. Hamı tez-tez qəbul edilən sağlam qidalardan biri də kokosdur. 

Kokosu necə soymaq olar?

Kokos sərt olan xurma növüdür. Meyvəsi yeyilən bu xurma növünün qabığını soymaq asan deyil. Bunun üçün kəskin və davamlı alətlər tələb olunur. Əvvəlcə, kokosun şirəsini çıxarmaq lazımdır. Bunun üçün iti bıçaqla kokosun üzərindəki nöqtədə deşik açmaq lazımdır. Birdən çox deşik açsanız, daha faydalı olardı. Bu deşiklərdən stəkana kokos suyunu tökə bilərsiniz.

Sonra kokosu qalın alətlə vuraraq sındıra bilərsiniz. Meyvəni qırdıqdan sonra ağ hissəsini çiy halda qəbul edə bilərsiniz. Ağ hissəni də rəndələyib şirniyyatlarda istifadə edə bilərsiniz. Qoxusu və quruluşu sayəsində fərqli bir dad verəcək.

Kokos yağından nələr üçün istifadə edilir?

Kokos yağı bu gün geniş istifadə olunan məhsullardan biridir. Kokosdan əldə edilən bu məhsulun bir çox faydaları var. Kokos yağı saxlama şəraitindən asılı olaraq, bərk və ya daha yumşaq formada tapıla bilər. Şəxsi qulluq vasitəsi kimi istifadə edilən bu yağ dəri üçün çox faydalıdır. Kokos yağının, xüsusilə, saç baxımı üçün ideal məhsul olduğunu söyləmək mümkündür. Bunun xaricində ekzema kimi xəstəliklər üçün dərinizə kokos yağını çəkə bilərsiniz. Bundan əlavə, dərini qidalandırdığı üçün dərinizə gözəl görünüş və parlaqlıq verə bilər. 

Kokosun faydaları nələrdir?

Kokos dadlı olmağı ilə yanaşı, bir çox faydaları da var. Hər yaş kateqoriyasından insanlar kokosu qəbul  çalışırlar. Kalsium və dəmir mənbəyi olan kokos C vitamini baxımından çox zəngindir. Kalium baxımından da çox əhəmiyyətli bir meyvədir. Tərkibində çoxlu qiymətli minerallar da mövcuddur. 

Kokosun faydaları:

Kokos xərçəngə qarşı qoruyucudur. Xərçənglə mübarizə apararaq xərçəng hüceyrələrini məhv etməyi bacara bilir. 

İmmunitetinizi gücləndirməyə kömək edir.

Ağız və diş sağlamlığınızı qorumağa kömək edir.

Tərkibindəki kalsium sayəsində sümük quruluşunu gücləndirir.

Xolesterin səviyyəsini balanslaşdırır.

Hamilə qadınlarda körpənin inkişafında böyük rolu var.

Dəriyə gözəllik və canlılıq verir.

Arıqlamağınıza kömək edir.

Stressi azaldaraq yorğunluğa yaxşı təsir edir.

Kokos necə saxlanmalıdır?

Kokos qırılmadığı müddət ərzində uzun müddət dayanıqlıdır. Qırılmamış kokosu xarab olmadan 4-5 ay saxlaya bilərsiniz. Sürtgəc kimi istifadə edəcəyiniz məhsulu dondurucu torbası və ya saxlama qabı ilə təxminən bir həftə soyuducuda saxlaya bilərsiniz. Dərin dondurucuda xarab olmadan 6 aya qədər davam edə bilər. Əgər şirəsini qəbul etmək istəyirsənsə, sınıq olduğu üçün içməlisən. Kokos uzunömürlü qida olsa da, onun şirəsini saxlamaq sağlamlıq cəhətdən düzgün deyil. Buna görə də dərhal içmək lazımdır.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et