Bu gün:

Tayland-Kamboca atəşkəsi başlayır


Tayland və Kamboca arasında sərhəd boyunca atəşkəs qüvvəyə minib. Burada demək olar ki, üç həftə davam edən ölümcül toqquşmalar bir milyona yaxın insanı evlərindən didərgin salıb.

Birgə bəyanatda hər iki ölkənin müdafiə nazirləri cəbhə xətlərini hazırkı mövqelərdə dondurmaq, əlavə qüvvələrin gətirilməsini qadağan etmək və sərhəd bölgələrində yaşayan mülki şəxslərin mümkün qədər tez geri qayıtmasına icazə vermək barədə razılığa gəliblər.

Atəşkəs şənbə günü yerli vaxtla günorta saatlarında qüvvəyə minib. Bəyanatda deyilir ki, atəşkəs 72 saat ərzində qüvvədə qaldıqdan sonra, iyul ayından bəri Tayland tərəfindən saxlanılan 18 Kamboca əsgəri sərbəst buraxılacaq.

Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et