Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ilə müharibəni dayandırmaq məqsədilə bu bazar ABŞ Prezidenti Donald Tramp ilə görüş keçirəcək.
Kreml açıqlamasında Rusiya tərəfinin danışıqları davam etdirməyə sadiq qaldığını bildirib. Məlumata görə, Prezident Vladimir Putinin yüksək vəzifəli köməkçisi ABŞ rəsmiləri ilə yeni telefon danışıqları aparıb və prosesdə “yavaş, amma sabit” irəliləyiş olduğu vurğulanıb.
Rusiya Zelenskinin Donbasın şərqində qoşunların qarşılıqlı şəkildə geri çəkilməsi ilə bağlı təklifinə hələlik münasibət bildirməyib.
Zelenski 26 dekabr açıqlamasında 20 maddəlik sülh planının 90 faizinin artıq tamamlandığını deyib.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
