Bu gün:

Çin xarici ticarət qanununu yeniləyib


Çin hökuməti xarici ticarət haqqında qanuna dəyişikliklər edərək ölkənin qlobal ticarət müharibələrinə və xarici iqtisadi təzyiqlərə qarşı dayanıqlığını gücləndirməyi hədəfləyir.  Yenilənmiş qanun Milli Xalq Konqresi tərəfindən qəbul olunub və 2026-cı ildən qüvvəyə minəcək.

Yeni hüquqi çərçivə Pekinə xarici ölkələrin ticarət məhdudiyyətlərinə qarşı daha çevik cavab vermək imkanı yaradıb. Qanunda ticarət təhlükəsizliyinin qorunması, strateji sahələrin müdafiəsi, eləcə də rəqəmsal və “yaşıl” ticarətin təşviqi əsas prioritetlər kimi göstərilir. Rəsmi qurumlar bildirir ki, dəyişikliklər beynəlxalq ticarət mühitində artan qeyri-müəyyənlik fonunda Çinin iqtisadi maraqlarını qorumağa xidmət edəcək.

Bu addım son illərdə ABŞ və digər ölkələrlə yaşanan ticarət gərginliklərindən sonra Pekinin iqtisadi siyasətində daha sərt və sistemli yanaşmaya keçdiyini göstərir. Yeni qanun eyni zamanda ixracatçıların hüquqlarının müdafiəsini gücləndirməyi və xarici bazarlarda Çin şirkətlərinin mövqeyini qorumağı nəzərdə tutur.

Mənbə: Reuters.com

Tərcümə etdi: Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et