Bu gün:

Hava şəraiti ilə bağlı 70 maşın toqquşub


Jiji Press xəbər verir ki, Yaponiyada buzlu hava şəraiti səbəbindən təxminən 70 avtomobil toqquşub. Agentliyin məlumatına görə, dəhşətli qəza Honşu adasındakı Qunma prefekturasının Minakami şəhərində baş verib. İlkin məlumatlara görə, iki nəfər ölüb, təxminən 30 nəfər yaralanıb.

Qəzanın yük maşını sürücüsünün idarəetməni itirərək başqa bir yük maşınına çırpılması nəticəsində baş verdiyi ehtimal olunub. Arxalarındakı nəqliyyat vasitələri bir-biri ilə toqquşmağa başlayıb və "qatar"a çevrilib. Nəqliyyat vasitələrindən birində yanğın baş verib və nəticədə ümumilikdə 20 nəqliyyat vasitəsi məhv olub.

Bundan əvvəl, Vitebsk vilayətinin Toloçin rayonunda Moskvadan Brestə gedən şəhərlərarası avtobus ölümcül qəzaya uğrayıb. Sürücü idarəetməni itirərək xəndəyə çırpılıb və nəticədə avtobus aşıb. Bir nəfər ölüb, beş rusiyalı yaralanaraq xəstəxanaya yerləşdirilib.

Bundan əvvəl Tula vilayətinin Boqoroditski rayonunda M-4 "Don" magistral yolunun 235-ci kilometrliyində üç yük maşını toqquşub. Sürücülərdən biri dərhal ölüb, digəri isə yaralanıb. Şahidlərin sözlərinə görə, yük maşınları xəndəyə çırpılaraq kabinələrini sıradan çıxarıb.


Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et