Bu gün:

Gündüz yatmaq beyin üçün faydalıdır



London Universitet Kollecində aparılan araşdırmaya görə, gündüz nizamlı yatmaq beynimiz üçün faydalıdır və beynin ölçüsünü daha böyük saxlayır. Məlum olub ki, gün ərzində yatanların beyni 15 kub santimetr böyükdür. Bu da qocalmanın 3-6 il gec olması deməkdir. 

Ancaq alimlər yuxu vaxtının yarım saatdan az olmasının lazım olduğunu bildirirlər. BBC-nin sağlamlıq müxbiri James Gallagherin xəbərinə görə, araşdırmaya rəhbərlik edən elm adamlarından biri Dr. Victoria Garfield nəticələrin həyəcanvetici olduğunu açıqladı.

İş həyatı əksər insanlar üçün belə bir fürsətin yaradılmasına imkan verməsə də, gündüz yatmağın arıqlamaq və ya idman etməkdən daha asan bir üsul ola biləcəyi bildirilib.

Mənbə: BBC NEWS TÜRKÇE

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et