Bu gün:

Qiymətli metallar dünya bazarında rekord həddə yüksəlib


Dünya əmtəə bazarlarında dəyərli metalların qiymətlərində kəskin artım qeydə alınıb. Gümüşün bir unsiyası 75 ABŞ dollarını keçərək tarixi maksimum səviyyəyə çatıb, qızıl və platin isə indiyədək müşahidə olunan ən yüksək qiymətlərə yaxınlaşıb.

Mütəxəssislərin fikrincə, qiymət artımına qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi gərginliklərin artması, eləcə də ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini yaxın dövrdə endirə biləcəyi ilə bağlı gözləntilər təsir göstərib. Bu səbəbdən investorlar riskdən yayınaraq vəsaitlərini daha etibarlı aktivlərə, xüsusilə qiymətli metallara yönəldirlər.

Analitiklər hesab edirlər ki, mövcud bazar şəraiti dəyişməz qalacağı təqdirdə, qiymətli metallar üzrə yüksək qiymət səviyyəsi 2026-cı ilin əvvəlində də qorunub saxlanıla bilər.

Mənbə: Reuters

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et