Bu gün:

Şişlərdə yaşayan mikroblar xərçəngin səbəbi və müalicəsi ilə bağlı ipucudur




Şişlərin içində və ətrafında yaşayan bakteriya və göbələklər xərçəngin necə yayıldığını və onun necə müalicə oluna biləcəyini anlamaqda önəmli rol oynayır. Bədənimizdə müxtəlif növ canlılar var. Bağırsaqlarımız, ağzımız, burnumuz və dərimiz həm faydalı, həm də zərərli ola biləcək müxtəlif mikroblar üçün yuva rolunu oynayır. Amma son illərdə alimlər şişlərdə mikrobları da aşkar ediblər.

Xərçənglər, ümumiyyətlə, xəstənin öz hüceyrələrindən ibarət olan və nəzarətsiz böyüyən kütlələr kimi düşünülür. Əslində, onlar bir çox fərqli hüceyrələr növündən ibarətdir və xərçəng müalicəsinin bu qədər çətin olmasının bir səbəbi də budur:sağlam toxumaları zədələmədən hədəf almaq problemidir. Hüceyrələrin bəziləri şişin ətrafındakı mühitdə yayılarkən, digərləri də xərçəng hüceyrələrinin içərisində yaşayır.


Mənbə: BBC News Türkçe

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et