Bu gün:

Sırğaların qədim və füsunkar tarixi


Sırğalar, ehtimal ki, dünyada ən çox istifadə edilən zərgərlik məhsulları növüdür. Bu günlərdə həm kişilər, həm də qadınlar istər qiymətli metallardan hazırlanmış yüksək moda halqaları, istər əyləncəli saplar, istərsə də gənclər arasında məşhur olan müxtəlif ölçülü sırğalardan taxırlar. Sırğalar, hətta o qədər məşhurdur ki, valideynlər körpə qızlarının da qulaqlarını deşdirirlər ki, onlar sırğa taxmağa daha erkən yaşlarda öyrəşsinlər.

Qulaqlar naxışlı məhsullarla bəzədilmək üçün təbii bir yerdir və həqiqətən də, insanlar bunu tarixin əvvəlindən bəri edirlər. Dünyanın hər yerində, zaman boyu bir çox mədəniyyətlərdə sırğalar mədəni kimliyi və ya qəbilə mənsubiyyətini ifadə etmək, həm də statusu göstərmək üçün istifadə edilmişdir. Ancaq çox vaxt sırğalar dekorativ funksiyasına görə çox məşhur olmuşdur. 

Qədim Şumer qadın sırğaları arxeoloqların kəşf etdiyi ən erkən sırğalardır. Onlar eramızdan əvvəl 2500-cü ilə aiddir və adətən, qızıl halqalardır. Bükülmüş məftillərdən, muncuqlardan və kulonlardan ibarət sırğalar Egey, Krit və Kiprdə məşhur idi. Misirli kişilər və qadınlar sırğa taxırdılar. Onlar yunanlar və etrusklar arasında da geniş yayılmışdı. 

XVII əsrdə kişilər sırğaları yalnız bir qulaqlarına taxsalar da, asma sırğalar həm kişilər, həm də qadınlar üçün dəb halına gəldi. O dövrdəki əksər dəblər kimi, onlar da çox incə idilər. 18-ci əsrə qədər bir çox üslublarda, əslində, əlavə üzüklər var idi ki, qadınlar qulaqlarındakı ağırlığın bir hissəsini götürmək üçün onları saçlarına bağlaya bilsinlər. 19-cu əsrdə bu cür əlavələr lazımsız idi. Ceyn Ostenin romanları və filmləri ilə əlaqələndirdiyimiz neoklassik üslub daha sadə geyim tərzinə üstünlük verirdi və sırğalar daha da yüngülləşmişdi. 

20-ci əsrin əvvəllərində sırğalar Amerika qadınları arasında o qədər də populyar deyildi. Onlar boş qadınlar və mühacirlərlə əlaqəli olmuşdu və beləliklə, qulaq deşmə populyarlığı azamışdı. Lakin 1920-ci illərdə kostyum zərgərlikləri populyarlaşdı və sırğalar yenidən ortaya çıxdı. 

Otuzuncu illərə qədər sırğalar dövrün papaq üslublarına daha yaxşı uyğunlaşmaq üçün üzə daha yaxın geyinilib. Əlbəttə ki, aksesuarlar həmişə zamanla dəyişir. 1940-cı illərin sırğaları məşhur yastıqlı çiyinləri və heykəltəraşlıq saç düzümlərini tamamlamaq üçün təkamül etmişdi, lakin əllinci illərə qədər dəbdə olan ultra qız paltarlarına uyğunlaşmaq üçün qadına daha da xas olmuşdular. Bu həm də qulaq pirsinqinin yenidən populyarlaşdığı, ən çox da Kraliça II Elizabet qulaqlarını deşdirdikdən sonrakı vaxt idi. 

Bu gün sırğa taxmağı seçən qadınların və kişilərin hər zamankından daha çox seçimləri var. 

Mənbə: noesjewelry.com

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et