Bu gün:

Evdə dırnaq baxımı necə olmalıdır?


Hər kəs sağlam görünən, baxımlı və gözəl dırnaqlara sahib olmaq istəyir, lakin bu yorucu işi müntəzəm olaraq yerinə yetirmək çoxları üçün çətin ola bilər. Çox vaxt aparan və bir qədər çətin olduğu düşünülən dırnaq baxımı əslində, çox sadədir. Dırnaq baxımı üçün lazım olan ləvazimatlar bunlardır:


Xiyar

Dırnaqlarınız tez-tez qırılırsa, onları xiyar suyunda 5 dəqiqə saxlamaq bu problemi həll edəcəkdir. Xiyarın tərkibində A, E, B1, B2, B3, C vitaminləri, həmçinin kalsium, dəmir çoxdur. Bu vitaminlər və minerallar sayəsində dırnağı qidalandırır və qırılmasının qarşısını alır.

Çay ağacı yağı

Çay ağacı yağı antifunqal xüsusiyyətlərinə görə dırnaqlarınızı sağlam saxlamağa kömək edir. Dırnaq göbələyi probleminiz varsa, pambıq çubuqla göbələk olan bölgəyə tətbiq edə bilərsiniz.

Limon suyu və çörək soda

Dırnaqlarınızı ağartmaq üçün limon suyunu pambıqla ayaqlarınıza sürtün və 10 dəqiqə gözləyin. Hətta limon suyunu və  soda ilə qarışdırıb , diş fırçası ilə dırnaqlarınıza vurun. 10 dəqiqə gözlədikdən sonra dırnaqlarınızı yuyun.Hindistancevizi yağı

Hindistancevizi yağı dırnaqları qidalandırır, nəmləndirir və dərini sağlam saxlayır. Bir az hindistan cevizi yağı götürün və dırnaqlarınıza masaj edin.


Mənbə: Habertürk


Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et