Bu gün:

Alimlər Ağdamdakı “İmarət” Tarix-Memarlıq Kompleksində tədqiqat aparıblar


Ağdam şəhərində yerləşən “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində tədqiqatçı alimlərin iştirakı ilə elmi səfər təşkil olunub. Səfər çərçivəsində kompleksin tarixi, arxeoloji və antropoloji əhəmiyyəti ilə bağlı araşdırmalar aparılıb. Alimlər ərazi ilə yerində tanış olaraq görülən işlər barədə məlumat əldə ediblər.


24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi Pərviz Qasımovun rəhbərliyi ilə bir qrup alim “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində olub. Elmi heyətə müxtəlif elmi-tədqiqat institutlarının aparıcı mütəxəssisləri daxil edilib.

Bildirilib ki, aparılan tədqiqatlar zamanı işğal dövründə abidələrə vurulmuş ziyan, eləcə də Qarabağ xanlığı dövrünə aid biofaktlar öyrənilib. Toplanan materiallar müasir antropoloji və genetik araşdırmalara cəlb olunub. Səfər çərçivəsində alimlər muzey rəhbərliyi ilə də fikir mübadiləsi aparıblar.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et