Hindistan şou-biznesinin parlayan ulduzu Canvi Kapur son ictimai çıxışında məxmərdən hazırlanmış zərif sari seçimi ilə klassik qış qlamurunun yenidən dəbə qayıtdığını nümayiş etdirib.
Dərin rəng çalarlarında təqdim olunan sari Canvi Kapurun obrazına eleqantlıq və aristokratik hava qatıb. Parça seçimi və axıcı siluet qış mövsümü üçün həm dəbdəbəli, həm də zövqlü alternativ kimi qiymətləndirilib. O, obrazını minimal zərgərlik məmulatları və təbii makiyajla tamamlayaraq klassik və müasir üslub arasında uğurlu balans yaradıb.
Moda mütəxəssisləri qeyd edirlər ki, Canvi Kapurun bu seçimi məxmər parçalara marağı yenidən artırıb. Bu isə qarşıdakı mövsümdə klassik, zamansız və zəngin görünüşlü geyimlərin ön planda olacağından xəbər verir.
Canvi Kapurun məxmər sari obrazı artıq qış mövsümünün ən zərif və ilhamverici ulduz üslublarından biri kimi dəyərləndirilir.
Mənbə: timesofindia.indiatimes.com
Tərcümə etdi: Şehrin Musayeva
