Qazaxıstanın regionlarında vəhşi heyvanların insanların yanına çıxması hallarının artması onların sayının çoxalması və daha rahat yaşayış şəraiti axtarması ilə bağlıdır. Bu barədə ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev bildirib.

Onun sözlərinə görə, son vaxtlar mütəxəssislər Şərqi Qazaxıstanda ayıların, Şimali Qazaxıstan vilayətində tülkülərin, həmçinin Kostanay və Şimali Qazaxıstan vilayətlərində qaban və cüyürlərin görünməsini qeydə alırlar. Akmola vilayətində isə maralların sayı xeyli artıb. Oxşar hallar Astanada da müşahidə olunur: şəhər parklarında qırqovullar və dovşanlar görünməyə başlayıb.
Nazir qeyd edib ki, qış aylarında şəhər mühiti heyvanları daha mülayim mikroiqlimi ilə cəlb edir — yaşayış məntəqələrində temperatur açıq çöllərlə müqayisədə daha yüksək olur.
Həmçinin Nısanbayev vurğulayıb ki, son 15–20 ildə ölkədə vəhşi heyvanların sayı xeyli artıb, lakin bu prosesin dəqiq səbəbləri əlavə araşdırma tələb edir. O əlavə edib ki, nazirlik vəziyyəti, o cümlədən quduzluq kimi xəstəlik risklərini nəzərə alaraq, monitorinqi davam etdirir.
Mənbə: newshub.kz
Tərcümə etdi: Aysel Mehtizadə
