Bu gün:

Çili nadir heyvanlar üçün milli park yaradır


Çili ölkənin cənubunda yeni milli park yaratmağa hazırlaşır. Park Maqellan boğazı yaxınlığındakı Bransvik yarımadasında yaranacaq.

Kəyb-Fruard adlanan park təxminən 150 min hektarı əhatə edəcək. Yeni təbii obyektə meşələr, torpaqlar və buzlaqlar daxildir.

Layihənin məqsədi nadir heyvan növlərini və həssas ekosistemləri qorumaqdır. Xüsusi diqqət sahil sularına veriləcək, burada zəngin dəniz faunası yaşayır. Bu ərazidə balinalar, dəniz aslanları və orka balıqları rast gəlinir.

Obyektin yaradılmasının iki il ərzində tamamlanması planlaşdırılır. Hökumət layihəni həm də dayanıqlı turizm və region iqtisadiyyatının inkişafı üçün əsas kimi nəzərdən keçirir.

Mənbə: 24.kz
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et