
Bəzi ekspertlər deyirlər ki, arıqlamaq istəyirsinizsə, əvvəlcə 2-3 stəkan su için, sonra aclığınızı azaltmaq üçün yeyin ki, az yediyiniz üçün arıqlaya biləsiniz. Digərləri hesab edir ki, yemək yeyərkən su içsəniz, həzm sistemi yaxşı işləməyəcək. Digər tərəfdən, yeməklə su içməyin yaxşı olduğunu düşünənlərdə var.
Dr.Fevzi Özgönül suyun nə vaxt içilməsiylə bağlı açıqlama gətirib.
"Yemək insan üçün nə dərəcədə vacibdirsə, su içmək də bir o qədər vacibdir hətta ondan da vacibdir. Bədənimizin altmış faizi sudur. Buna görə də bədənimizin əslində çoxlu suya ehtiyacı var. Susuzluğumuzu hiss etmiriksə, bilməliyik ki, suyu əvəz edən çoxlu içkilər içdiyimiz üçün bədənimizin suya olan istəyini istəmədən maskalayırıq. Əslində bu pərdə bizi müəyyən mənada çaşdırır. Təbiətə baxdığımız zaman bir çox canlılar susayıb suyunu içir. Ancaq biz insanlar yalnız o qədər su əvəzedici içkilər qəbul edirik ki, sonra su içib içməyəcəyimizi düşünməyə başlayırıq. Axşam yeməyində nə vaxt su içməli olduğumuzu düşünmək əvəzinə, ilk növbədə suyu əvəz edən içkiləri azaltmalı və susuzluq hiss etməyə başlamalıyıq. Çünki susuzluq hiss edən kimi istənilən problemi həll edə bilərik. Bunu etmək əslində bədənimizin zehnini istifadə etməkdir. Bədənimizi və ağlımızı istifadə etdikdə, digər canlılar kimi biz də doğru zamanı hiss edə bilərik."
Su ilə iştahınızı yox etməyin.
1. Əgər susuz deyilsinizsə, sırf haradansa faydalı olduğunu eşitdiyiniz üçün 2-3 stəkan su içərək süfrəyə oturmayın. Sonra yeyə və bədəninizi gücləndirə bilməzsiniz.
2. Əgər susuzsunuzsa, su için.Yemək zamanı meyvə suyu, qazlı su və şəkərli içkilər içməməyə çalışın.İştahınızı kəsə və həzminizi poza bilərsiniz.
3. Əgər su istəyiniz varsa, su içməmək üçün heç bir səbəb yoxdur. Yeməyin əvvəlində, ortasında və ya sonunda istədiyiniz qədər su içə bilərsiniz.
Mənbə: Hürriyet
Tərcümə etdi: Lamiyə Cənnətzadə
