Bu gün:

Tatarıstanda sahibsiz heyvanlara nəzarəti sərtləşdirən yeni qanun


İnsanlara qarşı hücumlardan sonra Tatarıstan aqressiv itlərin taleyini müəyyənləşdirmək üçün səlahiyyətlərin genişləndirilməsini planlaşdırır. 

Tatarıstanda sahibsiz heyvanlara nəzarəti sərtləşdirən yeni qanun layihəsi hazırlanır. Bu addım respublikada baş verən bir neçə faciəvi it hücumu fonunda atılır. Son hadisə Zelenodolsk şəhərində 9 yaşlı qızın həlak olması olub.

Regionda 20 mindən çox sahibsiz heyvan var. Hazırda tətbiq olunan OVSV sistemi (tutma – sterilizasiya – peyvənd – geri buraxma) heyvanların sayını tənzimləməkdə effektiv deyil.

Yeni qanun layihəsi Tatarıstan hökumətinin səlahiyyətlərini genişləndirəcək, o cümlədən fövqəladə vəziyyət rejimi elan etməyə imkan verəcək. Həmçinin aqressiv heyvanlarla rəftar qaydalarını və onların sığınacaqlarda saxlanma şərtlərini daha dəqiq müəyyən edəcək.

Mənbə: almetievsk-ru.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et