Əsrlər boyu tanınan və dünyanın demək olar ki, hər bir mədəniyyəti tərəfindən istifadə edilən sarımsaq, əslində, yeməklərə ləzzət qatmasıyla yanaşı, tərkibindəki bitki mənşəli qidalar və kükürd sayəsində illərlə müxtəlif xəstəliklərlə mübarizədə istifadə edilmişdir. Sarımsağın bir sıra faydalı cəhətləri var.

1.Sarımsaq homosistein səviyyəsinin aşağı salınmasında mühüm rol oynayan B vitaminləri ilə zəngindir. Homosistein müxtəlif problemlərə səbəb olan damarların daralmasına səbəb olur. Yüksək homosistein səviyyələri qanınızın laxtalanmasına səbəb olur, trombus əmələ gəlməsi riski artır. Qanınızdakı homosistein səviyyəsi nə qədər yüksək olarsa, ürək-damar xəstəliklərinə tutulma riskiniz bir o qədər artır. Ac qarına sarımsaq yemək bu problemlərlə mübarizə aparmağa kömək edir.
2.Sarımsaq güclü antibiotikdir. İmmunitet sisteminizi gücləndirir. Kiçik infeksiyaları sağaldır. Yaraların sağalmasını sürətləndirir. Soyuqdəymə və qriplə mübarizə aparmağa kömək edir.
3.Bədəninizdəki toksinləri, parazitləri, civə kimi ağır metalları və qaraciyərinizin emal edə bilmədiyi dərman qalıqlarını çıxarmağa kömək edir. Sarımsaq A, B və C vitaminləri ilə zəngindir və bunların hamısı qaraciyərin fəaliyyəti üçün faydalıdır. Sarımsaq iltihabla mübarizəyə kömək etdiyi üçün qaraciyər yağlanması xəstəliyiniz varsa, bu sizin üçün çox sağlam bir seçimdir. Səhər gözlərinizin altında qara dairələr, şişmiş üz və ağzınızda pis dad ilə oyanırsınızsa, qaraciyəriniz həddindən artıq yüklənmiş ola bilər. Bu vəziyyətdə sarımsaq sizə kömək edəcək.
4.Hər dəfə soyuqdəymə zamanı ağciyərləriniz bəlğəm və seliklə dolursa, sarımsaq kömək edə bilər. Sarımsaq təbii dekonjestandır və ağciyər xəstəliklərinin müalicəsində təsirli olan antibiotikdir.
5.Hər gün ac qarına bir diş sarımsaq yediyiniz zaman dəriniz daha gözəl, hamar və gənc görünəcək. Sarımsaq dərinizi qoruyan və bərpa edən antioksidanlarla zəngindir. Hüceyrələrin yenilənməsinə səbəb olur və sızanaqlarla mübarizə aparır. Sarımsağın bu xüsusiyyətlərindən faydalanmaq üçün səhərlər acqarına bir diş sarımsaq yemək və üzərinə bir stəkan su içmək lazımdır.
6.Sarımsağın tərkibində ürək-damar sağlamlığınız üçün faydalı olan allisin adlı bir maddə var. Bu maddənin təsiri o qədər güclüdür ki, gündə bir diş sarımsaq yemək xolesterin səviyyəsini 9% azaltmağa kifayət edir. Bu mövzuda müxtəlif tədqiqatlar eyni nəticəni göstərir. Shandong Universiteti, Toksikologiya İnstitutu tərəfindən aparılan araşdırmalar göstərir ki, sarımsağın ürək-damar sağlamlığına təsirini göz ardı etmək olmaz.
7.Həyatınızın bir nöqtəsində dəmir çatışmazlığından əziyyət çəkə bilərsiniz. Bu vəziyyətin öhdəsindən gəlmək üçün gündəlik qida rasionunuza bir qədər sarımsaq əlavə edə bilərsiniz. Sarımsaq immunitet sisteminizi gücləndirir və sizi xəstəliklərdən qoruyur. Qan sağlamlığınız üçün faydalıdır və müxtəlif minerallar, vitaminlər qəbul etməyə imkan verir. Sarımsaq bədəninizin mədə şirəsi istehsalını artıraraq həzm prosesini asanlaşdırır.
8.Hər gün bir baş sarımsaq yeməyi qətiyyən tövsiyə etmirik. Bədəninizin yaxşılığı üçün hər şeyi balanslı şəkildə qəbul etməlisiniz. Bəzi insanlar bir və ya iki diş sarımsaq yedikdən sonra bir az narahatlıq hiss edə bilər, ancaq hər səhər acqarına alternativ dərman olaraq sarımsağı qəbul etməyə başlasanız, qısa müddətdə təsirini görəcək və buna öyrəşəcəksiniz. Sarımsaq mədə turşusu istehsalını artırdığı üçün qidaların daha yaxşı həzmini təmin edir. Qaraciyər və mədəaltı vəzi funksiyalarını artırır.
Mənbə: Sabah
Tərcümə etdi: Lamiyə Cənnətzadə
