
Yayda həddindən artıq yuxulu olmağın səbəbi maddələr mübadiləsi və digər fizioloji proseslər səbəbindən baş verir - həkim Tatyana Romanenko izah etdi. Onun sözlərini “Moskva 24” sitat gətirir.
Mütəxəssis isti mövsümdə yatmaq istəyinin artmasının səbəbinin bədənin qoruyucu reaksiyası olduğunu dedi. Yüksək temperaturda orqanizmin termorequlyasiyasını yaxşılaşdırmaq üçün bütün fizioloji proseslərin sürəti azalır. Maddələr mübadiləsi sürətinin, ürək döyüntüsünün və qan axınının yavaşlaması səbəbindən insan daha çox yatmaq istəməyə başlayır.
Yay yuxusuzluğu ilə mübarizə çərçivəsində terapevt daha çox su içməyi təklif etdi. “Daha çox maye içməyə başlasaq, daha çox tərləyəcəyik. Tərlədikcə bədənimiz soyuyur və yuxumuz getdikcə azalır”, - o deyir.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Günel Məmmədova
